
Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.
Gununsesi.info-ya xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində 2 dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.