Rusiya Federasiyası Zaporojyeyə raket zərbəsi endirib. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Bu barədə Gununsesi.info Zaporojya vilayətinin rəhbəri Aleksandr Staruxun “Telegram” kanalına istinadla yazır.
Staruxun sözlərinə görə, ruslar infrastruktur obyektlərini hədəfə alıblar.
“İşğalçı rayon mərkəzinə raketlərlə hücum edib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir”, – o yazır.
Vilayət rəhbəri şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.
Gununsesi.info