Rusiyada əsgər hərbçi yoldaşlarını güllələyib 3 ölü, 2 yaralı var

  • By admin
  • 29 Sentyabr 2017 19:11

5020b0c7-9975-41be-ac27-7e4b2a6bf604
Rusiyanın Amur vilayətində hərbi xidmətdə olan əsgər onunla birgə xidmət keçən yoldaşlarına atəş açıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 3 hərbçi ölüb, daha 2 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi hərbçinin daha sonra silahını götürərək poliqon ərazisindən uzaqlaşdığını, onun axtarışlarının komandanlıq və hüquq-mühafizə orqanları tərəfindən davam etdirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info