Rusiyada əcnəbilər çiplə izləniləcək

  • By admin
  • 04 Sentyabr 2021 16:09

Rusiya Daxili İşlər Nazirliyi (DİN) dekabrın 29-dan ölkəyə gələn miqrantlara və Rusiyada uzun müddət qalmağı planlaşdıran əcnəbilərə plastik kartlar verəcək.

 

Gununsesi.info xəbər verir ki, Rusiya DİN bu barədə əmr layihəsini təqdim edib.

 

Plastik kartlar şəxsin icbari daktiloskopiyadan keçməsi barədə informasiya və fotoşəkli olan elektron daşıyıcı ilə təchiz ediləcək.

 

Plastik kartların üst tərəfində əcnəbinin fotoşəkli, adı, soyadı, atasının adı, doğum tarixi və cinsiyyəti göstəriləcək. Arxa tərəfdə isə əcnəbinin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd barədə informasiya olacaq. Karta xarici vətəndaş haqqında informasiya yazılmış, o cümlədən barmaq izləri həkk olunmuş çip quraşdırılacaq.

 

Dekabrın 29-dan Rusiyaya gələn bütün miqrantlar və ölkədə 90 gündən çox qalmağı planlaşdıran əcnəbilər icbari daktiloskopiyadan keçəcəklər.