Rusiyada əhalinin təbii azalması davam edir

  • By ilhame
  • 19 Aprel 2024 22:45

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rosstatın saytında məlumat verilib.

 

Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6%), Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%) qeydə alınıb.

 

Ölkə üzrə təbii azalma 51 469 nəfər təşkil edib.

 

Həmçinin, Rosstatın məlumatına görə, fevralda 47 min nikah qeydə alınıb.

Gununsesi.info