Rusiyada əməliyyat - BİR SİLAHLI MƏHV EDİLİB

  • By admin
  • 15 Dekabr 2017 21:34

Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nalçik şəhərində bir silahlı məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə  Kabarda-Balkar Respublikası  hüquq-mühafizə orqanlarından bildiriblər.

“Urvan yaşayış məntəqəsi yaxınlığında baş verən atışma zamanı asayiş keşikçilərinə atəş açan silahlı məhv edilib. Hüquq-mühafizə orqanları əməkdaşları arasında itki yoxdur”, məlumatda deyilir.

Məlumata əsasən, axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildə olan şəxs onlara atəş açıb.

Gununsesi.info