Rusiyada 16 nəfərin olduğu helikopter qəzaya uğradı

  • By admin
  • 12 Avqust 2021 09:32

Rusiyanın Kamçatka bölgəsində “Mi-8” helikopteri qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, helikopterin göyərtəsində 13 turist və üç ekipaj üzvü olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqust 12-də Moskva vaxtı ilə saat 00:50-də Kronotski qoruğunun Kuril gölü ərazisinə sərt eniş edən helikopter “Vityaz-Aero” şirkətinə məxsus olub.

Qəzadan zərərçəkənlərə kömək üçün Kamçatkada axtarış-xilasetmə işlərinə 45 canlı qüvvə və 8 texnika cəlb olunub.