Rusiyada 270 min insan koronavirusa yoluxub: 2537 nəfər ölüb

  • By arzu
  • 16 May 2020 15:00

Rusiyada son sutka ərzində daha 9200 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.org APA-ya istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 272 043 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2537 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 63 166 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Gununsesi.org