Rusiyada 37 yaşlı azərbaycanlı 51 yaşlı ermənini öldürüb

  • By admin
  • 17 Avqust 2017 14:12

1445441143_photo_135331

Rusiyanın Saxalin vilayəti, Anivski rayonu, Yantarnaya küçəsində qətl hadisəsi baş verib.

Gununsesi.info sakhalin-info-ya istinadən xəbər verir ki, hadisə zamanı ölənin 51 yaşlı Ermənistan vətəndaşı olduğu bəlli olub.

Qətlə yetirilən erməninin üzərində çoxsaylı zədələrin olduğunu müəyyən edib. Onun qabırğa sümüyünün sındığını və ürək nahiyəsində yaraların olduğunu aşkar edib.

Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı azərbaycanlı saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Mətbu orqanının yazdığına görə, azərbaycanlı yaşadığı qadının erməni ilə gəzməsinə dözmədiyindən bu hadisəni törədib. Avqustun 15-də qadının erməni ilə bir yerdə olduğu ünvanı müəyyən edən azərbaycanlı dostları ilə iki maşında onların olduğu ünvana gəlib. Ermənini söhbətə dəvət edib və baş verən mübahisə davaya çevrilib. Ermənini döyüblər. Kənardakı insanlar məsələyə müdaxilə etdikdən sonra şübhəli bilinən şəxs və dostları maşına minərək hadisə yerindən uzaqlaşıblar.

Hazırda polis hadisənin digər iştirakçılarının da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma gedir.

Gununsesi.info