Rusiyada 39 mindən çox insan koronavirusdan ölüb – Vəziyyət gərginləşir

  • By admin
  • 28 Noyabr 2020 14:17

Rusiyada son bir gündə 27 min 100 yeni yoluxma faktı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 510 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 39 min 68 nəfərə çatıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 242 min 633 nəfər insan koronavirusa yoluxub.

Gununsesi.org