Rusiyada 5,6 bal gücündə zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2025 10:34

Rusiyanın Kamçatka diyarında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialındna bildiriblər.

Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 397 km məsafədə baş verib. Təkanların episentri 42,5 km dərinlikdə yerləşib.

 

Gununsesi.info