Rusiyada 7 bal gücündə zəlzələ olub

  • By admin
  • 29 Mart 2017 10:25

zelzele

Rusiyanın Kamçatka yarımadası yaxınlığında gücülü zəlzələ baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) Rusiyanın Komandor adalarında Rixter şkalası üzrə 6,9 bal gücündə zəlzələnin baş verdiyi barədə məlumat yayıb.

Belə ki, yeraltı təkanların ocağı Berinq dənizinin təxminən 33 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və tələfatın olması haqqında hazırda heç bir məlumat verilmir.

Qeyd edək ki, Sakit okean Xəbərdarlıq Mərkəzi (Pacific Tsunami Warning Center) zəlzələdən sonra sunami təhlükəsinin olmadığını bildirib.

Anar
Gununsesi.info