Rusiyada 7,4, Peruda 6,6 bal gücündə zəlzələ baş verib- SUNAMİ TƏHLÜKƏSİ VAR

Rusiyada 7,4, Peruda 6,6 bal gücündə zəlzələ baş verib

zelzele

Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 233 km aralıda, ocağı isə 48 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Reuters agentliyi 300 kilometr radiusda sunami təhlükəsinin ola biləcəyi barədə məlumat verib.

Eyni zamanda, Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.

Xəbərə görə, yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info

COMMENTS