Rusiyada 750-ə yaxın insan aeroportdan təcili boşaldıldı

  • By admin
  • 31 İyul 2019 15:42

Rusiyanın Tümen hava limanında 750-ə yaxın insan səbəb açıqlanmadan təxliyyə edilib.

Gununsesi.org-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, təcili təxliyyənin səbəbinin yanma qoxusunun olduğu ehtimal olunur.

 Hadisə yerinə cəlb edilən xilasetmə qrupları binanı yoxlayıblar. Məlum olub ki, ikinci mərtəbədəki kafedə yanğın baş verib.

Hazırda hava limanı adi rejimdə işini davam etdirir.

Gununsesi.org