
Rusiyanın Nijni Novqorod vilayətində çöl donuzlarında Afrika taunu virusu aşkar edilib.
Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu virus vəhşi təbiətdə ovlanmış heyvanlarda tapılıb.
Hazırda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Rusiyanın üç vilayətində – Sarato, Volqoqrad və Nijni Novqorod vilayətlərində fermada saxlanan donuzlarda Afrika taunu aşkar edilmişdi.
Bununla əlaqədar olaraq Rusiya bəzi ölkələrdən ət idxalına qadağa qoyub.
Gununsesi.info