Rusiyada ağır yol qəzası - 10 ÖLÜ

  • By admin
  • 03 Yanvar 2018 20:35

Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, məlumatı yerli fövqəladə hallar idarəsi yayıb.

İnformasiyaya əsasən, Xantı-Mansiy – Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.

İlkin məlumata əsasən, 10 nəfər, o cümlədən 4 uşaq ölüb.

Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir.

Gununsesi.info