Rusiyada ağır yol qəzası baş verdi - ÖLƏN VƏ YARALANANLAR VAR

Rusiyanın Yaroslavl vilayətində  xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Gununsesi.org TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtromobili ilə toqquşub.

HTML tutorial

Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerlıəşdirilib.

Hadisənin yük avtopmobilinin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Gununsesi.org