Rusiyada ağır yol qəzası - ÖLƏNLƏR VAR

  • By admin
  • 11 Noyabr 2017 08:55

Rusiya Federasiyasının İnquşetiya Respublikasında ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, bu  barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident cümə günü axşam Malqobek şəhərində qeydə alınıb. Mercedes və VAZ 2109 markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info