Rusiyada avtobus aşıb, 14 nəfər xəsarət alıb

  • Müəllif: Orxan
  • 19 İyul 2026 22:45

Rusiyanın Murmansk vilayətində avtobus xəndəyə aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Murmansk Regional Pokurorluğu məlumat yayıb.

Kirovsk şəhərində baş verən yol-nəqliyyat hadisəsindən sonra mikroavtobus sürücüsü və 13 sərnişin xəstəxanaya yerləşdirilib.

61 yaşlı mikroavtobus sürücüsü Apatiti-Kirovsk şossesində səhhətinin qəfil pisləşməsi səbəbindən idarəetməni itirib. Nəqliyyat vasitəsi xəndəyə düşüb və sonradan yan tərəfə aşıb.

Gununsesi.info