
Rusiyanın Leninski rayonu, Saratov şəhərində polisə oğurluqla başlı şikayət daxil olub.
Gununsesi.org xəbər verir ki, 34 yaşlı şəxs polis idarəsinə müraciət edərək, ona məxsus “VAZ-21” markalı avtomobilinin oğurlandığını deyib.
Zərərçəkən avtomobildə 20 litr benzin olduğunu da nəzərə alaraq, dəyən zərəri 50 min rubl (1335 AZN) hesablayıb.
Qaçırılan avtomobil bir neçə saat sonra Nijni-Novqorod-Saratov şosesinin 598-ci kilometrliyində tapılıb.
Daha sonra avtomobili qaçıran 29 yaşlı Azərbaycan vətəndaşı polislər tərəfindən bölməyə gətirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Gununsesi.org