Rusiyada avtomobil teatra gedən məktəbliləri əzdi

  • By admin
  • 07 Dekabr 2019

Rusiyanın Nijni Novqorod şəhərində zəncirvari qəza baş verib.

Gununsesi.org-un Rusiya KİV-nə istinadən məlumatına görə, xarici markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və daha iki maşınla toqquşub. Nəticədə avtomobillərdən biri piyada yoluna aşıb. 10-u uşaq olmaqla 12 nəfər yaralanıb, uşaqlara rəhbərlik edən müəllim dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, yaralılar yaxınlıqdakı Gənc Tamaşaçılar Teatrına gedən 9-cu sinif şagirdləri olub.

Səkidə uşaqları əzən avtomobilin sürücüsünün kimliyi də məlum olub. Bu, 2014-cü ildə vəzifəsindən kənarlaşdırılan polis işçisi, general-mayor Aleksandr Pilqanovdur.

Faktla bağlı cinayət işi açılıb.

 

 

Gununsesi.org