Rusiyada Azərbaycan pomidoruna QADAĞA

  • By admin
  • 12 İyul 2017 13:00
pomidorbazarzz
Rusiyada 16,193 ton Azərbaycan pomidoru satışından yığışdırılıb.
Gununsesi.info virtualaz.org-a istinadən bildirir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasından gətirilən tərəvəzlərdə zərərverici – Cənubi Amerika güvəsi aşkar edilib.
Federal Xidmət region ərazisində zərəvericilərə yoluxmuş məhsulun satışını qadağan edib. Sahibkarlara təlimat verilib ki, pomidorları dezinfeksiya etsinlər.

Gununsesi.info