Rusiyanın Leninqrad vilayətinin Vsevoloj rayonunda 43 yaşlı Azərbaycan vətəndaşı güllənənib.
Gununsesi.info 47news.ru-ya istinadən xəbər verir ki, hadisə Novosaratovka kəndində körpünün altında baş verib.
Cinayətkar hadisə yerindən qaçıb.
Həkimlərin səylərinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhumun Rusiya ərazisində avqustun sonunadək yaşama icazəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info