Rusiyada Azərbaycana məxsus olan TIR ağır qəzaya düşdü - VİDEO

Rusiyada Azərbaycana məxsus olan 99-JL-725 dövlət nömrə nişanlı TIR ağır qəzaya düşüb.

Gununsesi.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Belə ki, TIR eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı maşının yedəyinə çırpılıb.

TIR-ın azərbaycanlı sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən görüntüləri təqdim edirik: