
Rusiyanın Vladimir vilayət məhkəməsi mütəşəkkil cinayətkar dəstənin başçısı Azad Məmmədov və dəstənin fəal üzvü Cəfər Mirzəyev ömürlük azadlıqdan məhrum edilərək, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi barədə məhkəmə hökm qərarı çıxarıb.
Gununsesi.info “pravo.ru”-ya istinadən xəbər verir ki, “qara rielter”-başkəəsn dəstə 2009-2013-cü illərdəVladimir vilayətində 45 yaşlı azərbaycanlı Azad Məmədovun başçılığı ilə fəaliyyət göstərib. İstintaq orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin 8 üzvü zərərsizləşdirilib və artıq barələrində məhkəmə hökm qərarı çıxarılıb.
Vladimir vilayət məhkəməsinin qərarı ilə cinayətkar dəstənin digər üzvləri Saidmahmud Abrorov, Həmid Cahangirov, Yelena Yakimova, İrina Kritskaya, İbrahim Məmmədov, Elçin Məmədov, Cəfər Mirzəyev, Mariya Razumova müxtəlif müddətə azadlıqdan məhrum edilib.
Cinayətkar dəstə məhkəmədə 20 epizod üzrə fırırldaq, 5 adamöldürmə, həmçinin saxta sənəd düzəltəmə, oğurluq və soyğunçuluq maddələri ilə ittiham edilərək barələrində məhkəmə hökmü çıxarılıb.
Dəstə 2009-2013-cü illər ərzində 25 ağır və xüsusi ağır cinayət hadisələri törədiblər.
Dəstənin əsas qurbanları tənha və alkaqolasılılığı olan insanlar olub. Dəstə üzvləri bu şəxslər müxtəlif yollarla ələ alaraq adlarında olan mülkiyyəti ələ keçirmək olub. Dəstə üzvləri seçdikləri qurbanlarını içki, narkotik maddələrlə ələ alıb. Bundan sonra onların evlərinin sənədlərini ələ keçirərək öz adlarına keçiriblər.
Dəstə üzvlərinin qurbanları məslədən agah olanda və yaxud dediklərini etmədikdə onları fiziki cəhətn yox edirlərmiş.
Həyata keçirilən istintaq əməliyyatı zamanı cinayətkar dəstənin bütün əməlləri faş olunub. Məhkəmə dəstənin başçısı Azad Məmmədov və dəstənin digər əsas fəal üzvü Cəfər Mirzəyev ömürlük azadləqdan məhrum edilməklə, cəzalarını xüsusirejimli cəzaçəkmə müəssisələrində çəkmək barədə qərar çıxarıb.
Dəstənin digər üzvləri əməlindən asılı olara 4,6 ildən 17 ilədək azadlıqdan məhrum ediliblər.
Onu da əlavə edək ki, dəstə üzvlərindən Elçin Məmmədov öldüyündən onun barəsində həyata keçirilən istintaqa xitam verilib.
Onu da qeyd edək ki, dəstə üzvləri barələrində çıxarılan cəzanın ağır olduğundan yuxarı instansiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.
Hazırladı Mürtəza
Gununsesi.info