Rusiyada azərbaycanlılara məxsus restoran yanıb

Rusiyanın paytaxtı Moskva şəhərinin Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoran və ziyafət zalında güclü yanğın olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

 

Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Restoranın damı qismən uçub, işçilər və ziyarətçilər, ümumilikdə 12 nəfər oradan özləri çıxıb.

 

Təcili yardım xidmətləri hadisə yerindədir. Restoranın azərbaycanlılara məxsus olduğu deyilir.

Gununsesi.info