![](https://www.gununsesi.info/wp-content/uploads/2023/10/2023-10-31-14-45-01pFo6eUfZuzvpwQ9jcKqy_file.jpg)
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntülər yayılıb.
Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.
İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.
Gununsesi.info