
Sankt-Peterburqun Nevski rayonunda yük yerində ton yarım kələm olan “Qazel” oğurlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə maşının 58 yaşlı Azərbaycan əsilli sahibi məlumat verib.
Onun sözlərinə görə, furqon sentyabrın 9-dan 10-na keçən gecə yoxa çıxıb. Maşın Sedova küçəsi, ev 160-ın qarşısında park edilib. Yük maşınında 1,5 ton baş kələm olub.
Gununsesi.info