
Rusiyada Azərbaycan vətəndaşını aldadıblar.
Gununsesi.org bildirir ki, Astrakhan.site-nin məlumatına görə, mütəmadi olaraq Rusiyaya gedən azərbaycanlı orada biznes qurmaq istəyib.
Bunun üçün Rusiya vətəndaşlığı almaq istəyən həmin şəxs qardaşının keçmiş arvadına müraciət edib.
Həştərxan vilayətinin 40 yaşlı sakini ona Rusiya vətəndaşlığı almaq üçün kömək edəcəyini vəd edib.
Qadın keçmiş qaynından 120 000 rubl (3,180 AZN) alaraq, onun işini həll etmək üçün hansısa tanışına verdiyini deyib.
Altı ay keçəndən sonra aldandığını başa düşən Azərbaycan vətəndaşı polisə müraciət edib.
Qadının onun vətəndaşlıq alması ilə bağlı heç kimə müraciət etmədiyi və aldığı pulu xərclədiyi məlum olub.
Faktla bağlı cinayət işi açılıb.