
Rusiyada ilk dəfə olaraq bahalı dərmanların kreditlə satılması imkanı yaradılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiyanın “Samson farma” apteklər şəbəkəsi xəbər yayıb.
6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) nəzərdə tutulub.
Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.
Gununsesi.org