Rusiyada benzin qıtlığı var

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 15:40

Rusiya və işğal altındakı Ukrayna ərazilərində yanacaq çatışmazlığı daha da dərinləşir.

Gununsesi.info xəbər verir ki, ölkənin müxtəlif bölgələrində yanacaqdoldurma məntəqələri qarşısında uzun avtomobil növbələri müşahidə olunur. Sürücülər həm yanacağın keyfiyyətindən, həm də bahalığından narazılıq edirlər.

Rəsmilər yanacaq qıtlığını əsasən neftayırma zavodlarında təmir işləri, kənd təsərrüfatında mövsümi yüklənmə və Ukrayna dron hücumları ilə əlaqələndirirlər.

Gununsesi.info