Rusiyada beynəlxalq uçuşların qadağa müddəti uzadıldı

Rusiyada koronavirus pandemiyası fonunda beynəlxalq uçuşlara tətbiq olunan qadağanın müddəti uzadılıb.

Gununsesi.org bildirir ki, RBC Federal Hava Nəqliyyatı Agentliyinə istinadla xəbər verir ki, uçuşlar avqustun 1-nə qədər təxirə salınıb.

“31 iyul 2020-ci tarixində yerli vaxtla saat 23:59-a qədər xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinə müvəqqəti məhdudiyyət qoyulur”, – deyə, sənəddə qeyd edilir.

Gununsesi.org