Rusiyada bina uçdu - ÖLƏNLƏR VAR

  • By admin
  • 09 Noyabr 2017 19:58

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Gununsesi.info xəbər verir ki, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.  Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.

Gununsesi.info