Rusiyada binada güclü yanğın: 8 nəfər öldü – VİDEO

  • By arzu
  • 12 Yanvar 2021 10:29

Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib.

 

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.

İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib.

Yanğın 30 kv.m. ərazini əhatə edib.

İnsidentin səbəbi müəyyənləşdirilir.

Gununsesi.org