Rusiyada bir ailə dəm qazından ölüb

  • By ilhame
  • 20 Yanvar 2024 22:45

Rusiya Federasiyasının Tula vilayətindəki evdə qaz sızmasından ailənin bütün üzvləri ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Hadisə zamanı üç nəfərin meyiti evdə aşkarlanıb.

 

Müstəntiqlər ölümün ilkin səbəbinin dəm qazından olduğunu güman edirlər.

 

Hadisənin baş vermə şəraiti araşdırılır.

 

Gununsesi.info