Rusiyada çeçenlərlə özbəklər arasında kütləvi dava olub

  • By admin
  • 29 İyul 2021 17:27

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Belıye noçi”(Bəyaz gecələr) otelinin qarşısında kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, bu barədə REN TV kanalı məlumat yayıb.

Kütləvi davada 300 nəfərin iştirak etdiyi bildirilir.

Hadisə iştirakçılarının əksəriyyətinin Özbəkistandan gələn miqrantlar və çeçen əsilli Rusiya vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, insident səhər saatlarında baş verib. Tərəflər arasında baş verən qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.

Son məlumata əsasən, polis 70 nəfəri saxlayıb. İnsidentin təfərrüatları araşdırılır.