Rusiyada cinsin dəyişdirilməsi qanunla qadağan olunur

Rusiya Dövlət Duması vətəndaşlara cərrahi yolla cinsini dəyişməyi qadağan edən qanun layihəsi qəbul etməyə hazırlaşır.
Gununsesi.info bildirir ki, bu barədə təklifin müəllifi 400 deputatdır. İzahatda deyilir ki, 2016-2022-ci illər ərzində 30 min nəfərə yaxın şəxs cinsiyyət dəyişikliyi əsasında pasportlarının dəyişdirilməsi üçün müraciət edib.
Müəlliflər əsas gətirib ki, bu yolla Biz Rusiyanın gələcək nəsillərinə Qərbin anti-ailə ideologiyasının nüfuz etməsinə maneə yaradacaqlar.

Ekspertlər isə hesab edir ki, Rusiya gənclərinin problemi bu deyil.

” Rusiya gəncələrini əvvəlcə müharibədən qorumaq lazımdır. 1 il 3 ay ərzində Ukraynada azı 200 min gənc ölüb, yaralanıb, şikəst olub”.

 

Mais
Gununsesi.info