
Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, M-4 “Don” avtomagistralında turist avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan yük maşınına çırpılıb.
Nəticədə 6 nəfər hadisə yerində ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Avtobusun Adler kurortundan Nijni Novqorod şəhərinə yollandığı məlum olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Gununsesi.info