Rusiyada dəhşətli yanğın:  5 ölü, 17 itkin-Yenilənib

  • By admin
  • 25 Mart 2018 19:57


15:17

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada 3 uşaq olmaqla, 4 nəfər həlak olub.

“Uşaqların cəsədləri kinoteatrın zalından tapılıb”, – əməkdaşlardan biri deyib.

Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov yanğının kino zallarının birində başladığını bildirib.

***

18:55

Yanğın zamanı 26 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yanğının hələ də tam söndürülmədiyi bildirilib.

***

Dəhşətli yanğında ölənlərin sayının 5 nəfərə çatdığı bildirilib.

Gununsesi.info