Rusiyada dəhşətli yol qəzası - 5 ÖLÜ

  • By admin
  • 22 Oktyabr 2017 12:00

qeza_0235

Ötən gecə Rusiyanın Çelyabinsk vilayətinin Arqayaşsk rayonunda  “Kia” və “VAZ-21074” markalı minik avtomobilləri toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə Dolqoderevensk — Kıştım magistralının 28-ci km-də baş verib.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü və “VAZ-21074” markalı minik avtomobilinin 3 sərnişini hadisə yerində həyatlarını itirib. “VAZ-21074”-in sürücüsü və bir sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq,  “VAZ-21074”-in sürücüsü xəstəxanada həyatını itirib.

Gununsesi.info