Rusiyada da zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 11:25

Rusiyanın Kamçatka bölgəsində – Berinq adası akvatoriyasında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki qeydə alınmayıb, sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info