Rusiyada daha 6 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Gununsesi.org xəbər verir ki, onlardan 5-i Moskva, 1-i Nijni Novqorod sakinidir. Bütün yoluxmalar İtaliyadan gələn xəstə insanlardan keçib.
Pasiyentlərin vəziyyətinin yüngül olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada koronavirusa 7 yoluxma faktı qeydə alınmışdı.