Rusiyada diversiya: dəmir yolu partladıldı - Foto

Rusiyanın Ryazan şəhərində dəmir yolunda partlayış baş verib.
Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin diversantlar tərəfindən törədildiyi bildirilir.
Dyaqilevo stansiyası ərazisində baş verən partlayış nəticəsində yük qatarının 19 vaqonu relsdən çıxıb. Maşinist və onun köməkçisi xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.