Rusiyada dollar kəskin “ucuzlaşdı”

  • By admin
  • 07 Aprel 2022 22:51

Moskva birjasında bu gün dolların kəskin şəkildə ucuzlaşdığı haqda məlumat yayılıb.

Gununsesi.info  xəbər verir ki, dollar gün ərzində 3,95 rubl düşərək, 75,75 rubl olub.

Avro isə daha çox ucuzlaşıb – gün ərzində 5,55 rubl, hazırda 81,45 rubladır.

Qeyd edək ki, Rusiya banklarına və valyutadəyişmə məntəqələrinə valyuta (dollar/avro) satışı qadağan edilib. Ona görə də dolların “ucuzlaşması” dövlət maraqları üçün sifarişli məzənnədir. Belə ki, birjada dolları yalnız Mərkəzi Bank dövlət xərcləri üçün ala bilir və neçəyə alacağını da özü təyin edir.

Əvəzində Rusiyada valyuta qara bazarı sürətlə inkişaf edir.

Gununsesi.info