Rusiyada faciə- AZƏRBAYCANLI AİLƏ YANIB KÜL OLDU

Rusiyada faciə

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i uşaqdır (3 yaşlı qız və 6 yaşlı oğlan)

Yağın söndürüləndən sonra əvvəlcə mənzildə iki kişi meyiti aşkarlanıb. Xəstəxanaya aparılarkən isə yolda iki azyaşlı da dünyasını dəyişib.

“Orenburq Bezformata” portalı yazıb ki, yanğın zamanı xəsarət alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qadın, 1-i uşaqdır. Yaralıların vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

“RİA56” portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb.

Gununsesi.info

COMMENTS