Rusiyada faciə: Hərbçi “KamAZ”ı çağırışçıların üzərinə sürdü

Rusiyada Arxangelsk vilayətinin yaxınlığındakı hərbi poliqonda faciə baş verib.

Müqavilə əsasında Rusiya Silahlı Qüvvələrində xidmət etməyə gedən 22 yaşlı İsrapil adlı şəxs “KamAZ” hərbi avtomobilini çağırışçıların üzərinə sürüb.

HTML tutorial

Mirnı şəhərinə yaxın ərazidə baş verən dəhşətli hadisə nəticəsində bir nəfər ölüb, digəri isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Daha 11 çağırışçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faciənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info