Rusiyada FHN təyyarəsi qəzaya düşdü - 10 nəfər həlak olub

  • By admin
  • 03 İyul 2016 13:31

rus

Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub.

HTML tutorial

Gununsesi.info” Azərtac-a istinadən xəbər verir ki, təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.

İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.

İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub.