Rusiyada fövqəladə vəziyyət elan edildi

  • By admin
  • 10 Noyabr 2017 21:14

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub.

Gununsesi.info xəbər verir ki, buna su kollektorunda baş vermiş qəza səbəb olub.

Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb.

Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün 10-12 saat vaxtın tələb olunacağı bildirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Gununsesi.info