Rusiyada güclü zəlzələ baş verib

Rusiyanın Kamçatkada vilayətində 5,9 bal gücündə güclü zəlzələ baş verib.

Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ust-Kamçatkadan 70 kilometr aralıda, Kamçatka körfəzinin sularında zəlzələ qeydə alınıb. Üstəlik, onun mənbəyi dənizin dibinin 52 kilometr dərinliyində yerləşir. Mütəxəssislər qeyd ediblər ki, Ust-Kamçatsk kəndinin bəzi rayonlarının sakinləri 4 bal gücündə zəlzələ hiss edə biliblər.

“Heç bir sunami təhlükəsi elan olunmayıb. Əhalinin həyati fəaliyyəti pozulmayıb”, – deyə mətbuat xidməti əlavə edib.

Qeyd edək ki, iki gün əvvəl Qırğızıstan və Tacikistan sərhədində 4,2 bal gücündə güclü zəlzələnin baş verib.

 

 

Gununsesi.info