Rusiyada güllələnən şəxsin kimliyi məlum olub

  • By ilhame
  • 06 İyun 2024 13:32

Rusiya Daxili İşlər Nazirliyinin Baş idarəsinin insident zamanı güllələnən şəxsin kimliyini açıqlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, həmin şəxs idman camiəsində tanınmış proskeyter (ekstremal idman növü) Konstantin Balişanskiydir.

 

Bununla yanaşı, nazirlik ilkin məlumatlara əsasən, insidentin sifarişli qətl hesab etdiyini bildirib. Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başladılıb. Hadisə şahidlərinin sözlərinə görə isə, qara maskada olan şəxs digər bir şəxsə arxadan çataraq onu güllələyib. Zərərçəkən yıxıldıqdan sonra maskalı şəxs ona daha bir neçə dəfə atəş açıb.

Gununsesi.info